​İspan qapıçı İker Kasilyas rekord müəyyən edib

​İspan qapıçı İker Kasilyas rekord müəyyən edib O, Avropa qitə birinciliklərində qazandığı qələbələrin sayına görə rekordçu olub
Futbol
17 Noyabr , 2014 04:07
​İspan qapıçı İker Kasilyas rekord müəyyən edib

Bakı. 17 noyabr. REPORT.AZ/ İspaniya yığma komandasının qapıçısı İker Kasilyas Avro-2016-nın seçmə oyunu çərçivəsində Belarus millisi ilə matçdan sonra Avropa qitə birinciliklərində (seçmə və final turnirləri) qazandığı qələbələrin sayına görə rekordçu olub.

"Report" xəbər verir ki, Kasilyasın hesabında 32 qəbələ var və o, bu göstəriciyə görə Fransa yığmasının sabiq futbolçusu Lilian Türamdan bir oyun qabaqdadır.

Üçüncü yerdə Çex millisinin qapısı Petr Çex (29) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi