ABŞ-da futbol matçı zamanı işıq dirəyi hakimin üzərinə aşıb - VİDEO

ABŞ-da futbol matçı zamanı işıq dirəyi hakimin üzərinə aşıb - VİDEO ABŞ-da Mena və Dardenella komandaları arasında keçirilən məktəblilərin futbol matçı faciə ilə nəticələnib.
Futbol
14 Mart , 2019 13:37
ABŞ-da futbol matçı zamanı işıq dirəyi hakimin üzərinə aşıb  - VİDEO

ABŞ-da "Mena" və "Dardenella" komandaları arasında keçirilən məktəblilərin futbol matçı faciə ilə nəticələnib.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, matç vaxtı oyunçulardan biri topu oyuna daxil etmək istəyərkən işıq dirəyi çöküb. Dirək yan xətt hakiminə və futbolçulardan birinə dəyib. Hadisədən sonra hakimin bir ayağı iki yerdən qırılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçu ciddi zədələrdən qaçsa da, başından və ayağından kəsik yaraları alıb.

Bildirilib ki, işıq dirəyinin düşməsinə güclü külək səbəb olub. Matçı təşkil edən məktəb rəhbərliyi hadisənin araşdırılması zamanı ərazidə yerləşən idman obyektlərinin bağlanması ilə bağlı bəyanat verib. 

Son xəbərlər

Orphus sistemi