İŞİD-in Avropa çempionatı zamanı terror aktı planı üzə çıxıb

İŞİD-in Avropa çempionatı zamanı terror aktı planı üzə çıxıb Hadisə İngiltərə - Rusiya oyunundan öncə baş verəcəkmiş
Futbol
30 May , 2016 12:27
İŞİD-in Avropa çempionatı zamanı terror aktı planı üzə çıxıb

Bakı. 30 may. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının AVRO-2016-da Rusiya və İngiltərə arasında keçiriləcək oyundan öncə azarkeşlərə hücum planı üzə çıxıb. "Report" "The Sun"a istinadən xəbər verir ki, Paris və Brüsseldə terror aktlarının təşkilatçısı Salah Abdeslamın noutbukundan tapılmış məlumatlar əsasında belə qənaətə gəlinib.

Hücumlar zamanı terrorçu-kamikadzelər, Kalaşnikov avtomatları, kimyəvi silahlı pilotsuz uçan aparatlardan istifadə ediləcəkmiş. Terror aktının iyunun 11-nə təşkili nəzərdə tutulubmuş.

Abdeslamın noutbukundan Marselin köhnə limanından fotolar və istinadlar tapılıb. Həmin limana qrup mərhələsindəki ilk oyundan öncə iki həftə ərzində İngiltərə yığmasının tərəfdarları gələcək. Azarkeşlərə hücumun barlarda da təşkili variantı nəzərdən keçirilib.

Qeyd edək ki, İngiltərə - Rusiya görüşü iyunun 11-də olacaq.

Son xəbərlər

Orphus sistemi