Yuxarı
    Bağlamaq

    İrlandiyalı futbolçu lotereyada 1 milyon avro udub

    Bileti Kevin O Konnora dayısı göndərib

    Bakı. 3 yanvar. REPORT.AZ/ İngiltərə Çempionşipində çıxış edən "Preston Nord End" klubunun futbolçusu Kevin O Konnor lotereyada 1 milyon avro udub. "Report"un "The İrish Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İrlandiya Milli Lotereyasının Twitter səhifəsində bildirilir.

    İrlandiyalı müdafiəçi lotereya biletini Yeni İl bayramı münasibətilə dayısından alıb.

    Qeyd edək ki, 22 yaşlı Kevin O Konnor cinah müdafiəçisi mövqeyində çıxış edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi