​İrlandiya millisinin AVRO-2016 üçün yeni formaları təqdim olunub

​İrlandiya millisinin AVRO-2016 üçün yeni formaları təqdim olunub Yeni formalar "Umbro" tərəfindən hazırlanıb
Futbol
5 Mart , 2016 12:07
​İrlandiya millisinin AVRO-2016 üçün yeni formaları təqdim olunub

Bakı. 5 mart. REPORT.AZ/ Dünyanın tanınmış idman geyimləri firması olan "Umbro" futbol üzrə İrlandiya milli komandası üçün hazırladığı yeni formaları təqdim edib. "Report"un məlumatına görə, yığma komanda bu geyimlərdən Fransada keçiriləcək AVRO-2016-da istifadə edəcək.

Yeni dizayn olunmuş forma yaşıl futbolka və ağ rəngli şortikdən ibarətdir.

Qeyd edək ki, İrlandiya AVRO-2016-da E qrupunda Belçika, İtaliya və İsveçə qarşı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi