İrlandiya çempionatında ağlasığmaz qol - VİDEO

İrlandiya çempionatında ağlasığmaz qol - VİDEO Dandolk klubunun futbolçusu Cordan Flores İrlandiya çempionatının IV turunda Şemrok Roverslə səfər qarşılaşması zamanı ağlasığmaz qola imza atıb. Reportun məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 22-ci dəqiqədə künc zərbəsindən gələn topu yerində dönərək, qüvvətli vuruşla qapıdan keçirib. Bununla da oyunda tarazlıq yaranıb - 1:1. Lakin görüş Şemrok Roversin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbol
29 Fevral , 2020 12:15
İrlandiya çempionatında ağlasığmaz qol - VİDEO

"Dandolk" klubunun futbolçusu Cordan Flores İrlandiya çempionatının IV turunda "Şemrok Rovers"lə səfər qarşılaşması zamanı ağlasığmaz qola imza atıb. "Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 22-ci dəqiqədə künc zərbəsindən gələn topu yerində dönərək, qüvvətli vuruşla qapıdan keçirib. Bununla da oyunda tarazlıq yaranıb - 1:1. Lakin görüş "Şemrok Rovers"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Dandolk" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. İrlandiyada 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi evdə 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. 

Son xəbərlər

Orphus sistemi