Yuxarı

​İrəvanda polis bölməsini ələ keçirən silahlılar ətrafa pərakəndə atəş açırlar

Yaxınlıqdakı evlərin sakinləri üçün təhlükə yarandığı bildirilir

Bakı. 27 iyul. REPORT.AZ/ İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin üzvləri ətrafa pərakəndə atəş açırlar.

"Report" xəbər verir ki, bu barədə Ermənistan polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aşot Aqaronyan məlumat verib.

"Hazırda silahlı dəstə tərəfindən ələ keçirilən PPX alayı ərazisindən müxtəlif istiqamətlərdə pərakəndə şəkildə atəş açılır. Bununla da yaxınlıqdakı evlərin sakinləri və orada xidmət çəkən polis əməkdaşlarının həyatı üçün təhlükə yaranmış olur", — deyə Aqaronyan öz "Facebook" səhifəsində yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi