İran televiziyası "Mançester Yunayted"in embleminə senzura tətbiq edib

İran televiziyası "Mançester Yunayted"in embleminə senzura tətbiq edib Bakı. 13 fevral. REPORT.AZ/ İran televiziyası İngiltərənin Mançester Yunayted klubunun embleminə senzura tətbiq edib.
Futbol
13 Fevral , 2019 16:09
İran televiziyası Mançester Yunaytedin embleminə senzura tətbiq edib

Bakı. 13 fevral. REPORT.AZ/ İran televiziyası İngiltərənin "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib.

"Report"un "ITASportPress"ə istinadən verdiyi məlumata görə, klubun embleminə Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə matça həsr olunan verilişdə müdaxilə olunub. Bildirilir ki, telekanalın rəhbərliyi İngiltərə klubunun loqotipindəki şeytan obrazını qəbuledilməz sayıb.

Əvvələr İranın dövlət televiziyası İtaliyanın “Roma” klubunun loqotipinə qarşı senzura tətbiq edib.

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi