İranda "Bavariya"nın oyunu qadın hakimə görə nümayiş etdirilməyib

İranda "Bavariya"nın oyunu qadın hakimə görə nümayiş etdirilməyib Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya çempionatının 22-ci turu çərçivəsində Bavariya və Auqsburq komandaları arasında keçirilən matç İran telekanallarında nümayiş etdirilməyib.
Futbol
18 Fevral , 2019 06:24
İranda Bavariyanın oyunu qadın hakimə görə nümayiş etdirilməyib

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya çempionatının 22-ci turu çərçivəsində "Bavariya""Auqsburq" komandaları arasında keçirilən matç İran telekanallarında nümayiş etdirilməyib.

"Report" xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" bildirib.

Məlumata görə, matçın yayımı qarşılaşmanı qadın hakimin idarə etməsi səbəbindən ləğv olunub. Oyunu Bibiana Ştaynhaus idarə edib.

Bildirilir ki, İran telekanallarında qadını "şortik"də göstərmək qadağandır.

Qeyd edək ki, Bibiana Ştayhnaus Almaniyanın futbol çempionatı tarixində ilk qadın hakimdir. O, 2017-ci ildən Bundesliqa matçlarını idarə edir. 

Daha əvvəl bildirilib ki, Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub.

Son xəbərlər

Orphus sistemi