Yuxarı

​İranda Xəzəryanı ölkələrin iştirakı ilə çimərlik futbolu üzrə turnir keçiriləcək

​İranda Xəzəryanı ölkələrin iştirakı ilə çimərlik futbolu üzrə turnir keçiriləcək
Bu barədə FİFA rəsmisi açıqlama verib

Bakı. 18 aprel. REPORT.AZ/ İran ilk dəfə keçiriləcək çimərlik futbolu üzrə Xəzər Kubokuna ev sahibliyi edəcək. "Report"un məlumatına görə, bu barədə FİFA-nın İdarə Heyətinin üzvü və Ümumdünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Kusko açıqlama verib.

O, İranın liman şəhəri olan Ənzəlinin şimalında tikiləcək çimərlik futbolu stadionunu nəzərdən keçirdiklərini və böyük turnirin təşkil olunacağını söyləyib: "Turnir təqribən altı aydan sonra başlayacaq və bütün Xəzəryanı ölkələrin çimərlik futbolu üzrə milli komandaları çıxış edəcək".

Qeyd edək ki, Xəzəryanı ölkələrə Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi