Futbol üzrə İran və BƏƏ millilərinin baş məşqçiləri istefaya göndəriliblər

Futbol üzrə İran və BƏƏ millilərinin baş məşqçiləri istefaya göndəriliblər Futbol üzrə İran millisinin baş məşqçisi Mark Vilmots istefaya göndərilib.
Futbol
5 Dekabr , 2019 14:57
Futbol üzrə İran və BƏƏ millilərinin baş məşqçiləri istefaya göndəriliblər

Futbol üzrə İran millisinin baş məşqçisi Mark Vilmots istefaya göndərilib.

"Report"un İSNA agentliyinə istinadən xəbər verir ki, 50 yaşlı belçikalı mütəxəssis "Twitter" səhifəsindən menecerinin təzminat məsələsi ilə bağlı federasiya ilə danışıq apardığını bildirib. O, qovulmasını şərh etmək istəmədiyini vurğulayıb.

İran yığması ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin baş məşqçisi Bert van Marveyk də postundan göndərilib. 67 yaşlı mütəxəssisin qovulmasına komandanın Qətərə 2:4 hesabı ilə uduzması səbəb olub.

Qeyd edək ki, Bert van Marveyk bu ilin martında, Mark Vilmots isə mayda baş məşqçi təyin olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi