Yuxarı

​İran Futbol Federasiyasının hakimi Suriyada öldürülüb

İran qvardiyaçıları Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdə qalması uğrunda vuruşur

Bakı. 14 iyun. REPORT.AZ/ İran Futbol Federasiyasının hakimi Mehdi Təhmasibi Suriyada öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İnformasiyaya əsasən, Mehdi Təhmasibi İran İnqilab Keşikçiləri Qvardiyasının tərkibində Suriyadakı atışmada öldürülüb.

Məlumata görə, Federasiyanın başsağlığında bildirilib ki, o, İranın Qum şəhərində hakimlik etməklə yanaşı, qvardiyada xidmət edirmiş. Mehdi Təhmasibi Suriyanın Hələb şəhərindəki döyüşlərdən birində öldürülüb.

Qvardiyanın təqaüddə olan Səid Şamlu adlı bir əsgəri də Suriyadakı atışmalarda vurulub.

Qeyd edək ki, İran qvardiyaçıları Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdə qalması uğrunda vuruşur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi