İquain Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb

İquain Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb Ona iki qol vurmaq üçün start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib
Futbol
14 Fevral , 2018 03:17
İquain Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb

Bakı. 14 fevral. REPORT.AZ/ Çempionlar Liqasının 1/8 finalında "Tottenhem Hotspur" ilə oyunda iki qol vuran "Juventus"un hücumçusu Gonzalo İquain rekord müəyyən edib.

“Report” "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı argentinalı futbolçu Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb.

İngilis komandasının qapısına iki qol vurmaq üçün ona start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib.

Əvvəlki rekord 2006-cı ildə "Spartak" (Rusiya) ilə matçda 8 dəqiqə 30 saniyəyə iki qol vuran "İnter" in keçmiş oyunçusu Julio Cruza məxsus idi.

Son xəbərlər

Orphus sistemi