İqor Tudor: "Əsas səbəbi bəxtizlikdir"

İqor Tudor: "Əsas səbəbi bəxtizlikdir" "Biz oyunda üstün tərəf idik. Ancaq əldə etdiyimiz fürsətlərdən yararlana bilmədik. Rəqib də yaxşı komandaydı"
Futbol
27 Noyabr , 2015 03:51
İqor Tudor: Əsas səbəbi bəxtizlikdir

Yunanıstan, Saloniki. 27 noyabr. REPORT.AZ/ "Komandamın oyunundan razı qaldım. Biz oyunda üstün tərəf idik. Ancaq əldə etdiyimiz fürsətlərdən yararlana bilmədik. Rəqib də yaxşı komandaydı". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ" ilə evdə keçirilmiş oyundan sonra PAOK-un baş məşqçisi İqor Tudor deyib.

Qolsuz heç-heçə ilə bitən oyundan sonra mütəxəssis bunları bildirib: "Berbatov bir neçə gün öncə 90 dəqiqə meydanda olub. Yəni, o fiziki cəhətdən sona kimi oynaya bilər. Sadəcə, bu matçda onun oyunundan nisbətən razı qalmadığımdan bir qədər tez əvəzlədim. "Məncə bunun əsas səbəbi bəxtislikdi. Çünki bundan öncə keçirdiyimiz oyunlarda yetərincə qol fürsəti yaratmışdıq. Bura "Qəbələ"ylə Bakıdakı və "Krasnodar"la oyunları misal göstərə bilərəm.

Son xəbərlər

Orphus sistemi