"Çempionatla bağlı istənilən qərara anlayışla yanaşılmalıdır" - MÜSAHİBƏ

"Çempionatla bağlı istənilən qərara anlayışla yanaşılmalıdır" - MÜSAHİBƏ Sabah klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryovun “Report”a müsahibəsi
Futbol
23 May , 2020 10:21
Çempionatla bağlı istənilən qərara anlayışla yanaşılmalıdır - MÜSAHİBƏ

"Sabah" klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryovun “Report”a müsahibəsi

- İspaniyada koronavirusla bağlı ümumi vəziyyət necədir?

- Malaqa əyalətində hər şey qaydasındadır. Yavaş-yavaş normal həyata qayıdırıq. Artıq kafelər, kiçik restoranlar açılıb. Kafelərə daxil olub bir fincan qəhvə içmək xoş təsir bağışlayır. Addım-addım adət etdimiz həyat tərzinə qayıdırıq. Yay mövsümünün necə keçəcəyi, turizmlə bağlı məsələlər isə hələ məlum deyil.

- İspaniya La Liqasında qeyri-müəyyənlik davam edir. Çempionatın bərpa olunacağına inanırsınız?

- La Liqa barədə nə deyəcəyimi bilmirəm. Bu, elə də sadə sual deyil. Çox güman ki, cari mövsümü başa çatdırmaq mümkün olmayacaq.

- Bu gün Avropanın yoluxma və ölüm faizi yüksək olan bəzi ölkələri çempionatlarını bərpa edir. Sizcə, Azərbaycan Premyer Liqası niyə başlamır?

- Düşünürəm ki, tezliklə Azərbaycan Premyer Liqası ilə bağlı qərar qəbul olunacaq. Çoxları kimi mən də çempionatın idman prinsipləri əsasında başa çatdırılmasının tərəfdarıyam.

- Çempionatın bərpası üçün hansı təklifi irəli sürərdiniz?

- Buna səlahiyyətli qurumlar qərar verəcək. Şübhəsiz ki, bu zaman hər şey nəzərə alınacaq. Düşünürəm ki, Premyer Liqa barədə tezliklə qərar veriləcək.

- Mövsüm ləğv olunsa, avrokuboklara vəsiqələrin hazırkı yerlərə əsasən verilməsini məqsədəuyğun sayırsınız?

- Yaranmış vəziyyətlə əlaqədar belə bir qərar verilsə, buna anlayışla yanaşılmalıdır.

- "Sabah" "Qəbələ"dən gənc müdafiəçi Amin Seydiyevi heyətinə qatdı. Bu transferə münasibətiniz necə oldu?

- Amin gənc və perspektivli futbolçudur. Özünü çempionatda və gənclər yığmasında yaxşı tərəfdən göstərdi. Hesab edirəm ki, komandaya xeyir verəcək. Ona və komandaya uğurlar arzu edirəm.

Son xəbərlər

Orphus sistemi