Yuxarı

İqor Kriuşenko: "Azərbaycan millisi yetərincə cəld və texnikalı komandadır"

İqor Kriuşenko: "Azərbaycan millisi yetərincə cəld və texnikalı komandadır"
Bu kollektiv Millətlər Liqasındakı rəqiblərimizlə eyni səviyyədədir

Bakı. 19 mart. REPORT.AZ/ “Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsində qarşılaşacağımız komandalarla eyni səviyyədədir”.

“Report” xəbər verir ki, bunu Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko Azərbaycan və Sloveniya milliləri ilə yoldaşlıq görüşlər ərəfəsində təşkil etdiyi mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi yetərincə cəld, texnikalı və topa nəzarət etməyə çalışan bir kollektivdir: “Hətta heyətlərində milliləşdirilmiş braziliyalı oyunçu da var. Sloveniya isə reytinqcə bizdən üstündür və daha yüksək səviyyəyə malik rəqibdir. Yetərincə, möhkəm və bizim can atmalı olduğumuz səviyyədədirlər”.

Qeyd edək ki, martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Millətlər Liqasında Azərbaycan yığması kimi D Liqasında yer alan Belarus millisi II qrupda Lüksemburq, Moldova və San Marino kollektivləri ilə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi