İon Arabaci: “Neftçi”texnikalı komandadır

İon Arabaci: “Neftçi”texnikalı komandadır “Oyuna ciddi hazırlaşmışıq. Avrokubokda debüt edəcəyik”.
Futbol
10 İyul , 2019 21:38
İon Arabaci: “Neftçi”texnikalı komandadır

“Oyuna ciddi hazırlaşmışıq. Avrokubokda debüt edəcəyik”.

“Report”un Moldovanın paytaxtı Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Sperantsa”nın futbolçusu İon Arabaci Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaqları“Neftçi” ilə matç barədə danışarkən deyib.

34 yaşlı oyunçu yaxşı oyun göstərməyin vacib olduğunu bildirib: “Nəticə də çox önəmlidir. İlk dəfə belə turnirdə oynayacağıq. Məşqçi heyətimiz bizə “Neftçi” barədə yetərincə məlumat verib. Texnikalı komandadır. Yaxşı oyun göstərərək azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 21:00-da "Zimbru" stadionunda başlayacaq.

Son xəbərlər

Orphus sistemi