İnternetdə futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin martın 15-də keçiriləcək püşkatmasının nəticələri yayılıb.
"Report" "Sovetski sport"a istinadən xəbər verir ki, nəticələr UEFA direktorunun köməkliyi ilə internetə düşüb.
Tezliklə sənədin şəkli silinib.
Yazılanlara əsasən püşkatmanın nəticələri:
"Liverpul" – "Ayaks"
"Yuventus" – "Portu"
"Mançester Yunayted" — "Tottenhem"
"Barselona" — "Mançester Siti"
Bununla yanaşı, qeyd olunur ki, bu, rəsmi hissədən əvvəl keçirilən sınaq püşkünün nəticələri ola bilər.