"İnter" - "Milan" derbisi üçün rekord məbləğdə bilet satılıb

"İnter" - "Milan" derbisi üçün rekord məbləğdə bilet satılıb "Neradzurri"nin bilet satışından əldə etdiyi məbləğ 4,8 mln. avro təşkil edib
Futbol
15 Oktyabr , 2017 16:28
İnter - Milan derbisi üçün rekord məbləğdə bilet satılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubu bu gün A Seriyasının VIII turu çərçivəsində "Milan"la keçiriləcək matça bütün biletləri satıb.

“Report” xəbər verir ki, "Neradzurri"nin bilet satışından əldə etdiyi məbləğ 4,8 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir.

Bundan əvvəlki nailiyyət də "İnter"ə məxsusdur. Klub cari ilin aprel oyununda keçirilmiş Milan derbisi üçün bilet satışından 4,204 milyon avro məbləğində bilet satıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"San-Siro - Cuzeppe Meatsa" stadionu 82 min 995 nəfərlik yer tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi