Yuxarı
    Bağlamaq

    "İnter" klubunun prezidenti Cahangir Hacıyevin istefasına münasibət bildirib

    Bu, mənim üçün də gözlənilməz oldu

    Bakı. 19 mart. REPORT.AZ/ Bakı "İnter"inin prezidenti Georgi Nikolov klubun fəxri prezidenti Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsindən istefasına münasibət bildirib. Bolqarıstanlı funksioner "Report"a açıqlamasında bu istefanı gözlənilməz qarşıladığını bildirib.

    G.Nikolovun sözlərinə görə, öncədən C.Hacıyevin səhhəti ilə əlaqədar bank rəhbərliyindən ayrılmaq istəyindən xəbərsiz olub: "Onunla AFFA Konfransında söhbət etmişdik. Mənə istefa vermək niyyətində olduğunu deməmişdi".

    Klub prezidenti bildirib ki, bank rəhbərinin gedişinin "İnter"in fəaliyyətinə necə təsir edəcəyini indidən söyləmək çətindir. O, situasiyaya aydınlıq gələnədək gözləməyi tövsiyə edib.

    Qeyd edək ki, Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsindən səhhəti ilə əlaqədar istefa verib. O, "İnter"in fəxri prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvüdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi