​"İnter" klubunun prezidenti Azərbaycan bayrağı ilə stadionda dövrə vurub

​"İnter" klubunun prezidenti Azərbaycan bayrağı ilə stadionda dövrə vurub Georgi Nikolov göz yaşlarını da saxlaya bilməyib
Futbol
10 İyul , 2015 00:27
​İnter klubunun prezidenti Azərbaycan bayrağı ilə stadionda dövrə vurub

Bakı. 10 İyul. REPORT.AZ/ Bakı "İnter"inin Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlməsi klub prezidenti Georgi Nikolovu xeyli sevindirib.

"Report"un məlumatına görə, Albaniya "Laçi"si ilə I təsnifat mərhələsinin cavab görüşündən sonra G.Nikolov Azərbaycan bayrağı ilə meydana girib.

O, stadionda dövrə vurduqdan sonra hamını təbrik edib. Bu zaman klub prezidenti göz yaşlarını da saxlaya bilməyib.

Qeyd edək ki, oyun 0:0 hesablı heç-heçə ilə nəticələnsə də, "İnter" səfər qolu sayəsində (1:1) mərhələ adlayıb.

Son xəbərlər

Orphus sistemi