Bakı "İnter"inin yeni prezidenti rəsmən açıqlanıb

Bakı "İnter"inin yeni prezidenti rəsmən açıqlanıb Bu, Azərbaycan Ciu-Citsu Federasiyasının sabiq vitse-prezidentidir
Futbol
22 Dekabr , 2016 12:08
Bakı İnterinin yeni prezidenti rəsmən açıqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ “İnter” futbol klubunda kadr dəyişikliyi baş verib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev klub prezidenti vəzifəsinə təyin edilib.

A.Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" İdarəsi rəisinin müavini vəzifəsi olub. 39 yaşlı funksioner ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.

Qeyd edək ki, daha öncə "İnter"ə Rəşad Qasımov rəhbərlik edib. O, şəxsi işləri ilə əlaqədar tutduğu vəzifədən istefa verib.

Son xəbərlər

Orphus sistemi