"İnter" klubu "Yuventus"un futbolçusu ilə 3 illik razılıq əldə edib

"İnter" klubu "Yuventus"un futbolçusu ilə 3 illik razılıq əldə edib Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın Yuventus komandasının futbolçusu Kvadvo Asamoa yeni mövsümdən etibarən İtaliyanın İnter klubunda çıxış edəcək.
Futbol
15 May , 2018 19:14
İnter klubu Yuventusun futbolçusu ilə 3 illik razılıq əldə edib

Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" komandasının futbolçusu Kvadvo Asamoa yeni mövsümdən etibarən İtaliyanın "İnter" klubunda çıxış edəcək. 

"Report"un "Sky İtalia"ya istinadən verdiyi məlumata görə, Milan təmsilçisi 30 yaşlı müdafiəçi ilə 3 illik razılıq əldə edib.

Qanalı futbolçu yeni klubunda ilə 3.5 milyon avro qazanacaq. Asamoa yaxın vaxtlarda komanda ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, Kvadvo Asamoanın "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatır. "İnter" müdafiəçini azad agent kimi heyətinə qatacaq. 

Son xəbərlər

Orphus sistemi