Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının "İnter" klubu Zabrat qəsəbəsində yerləşən uşaq evini ziyarət edib.
"Report"un məlumatına görə, uşaqlarla görüşdə klub prezidenti Rəşad Qasımov, komandanın baş məşqçisi Zaur Svanadze və futbolçular iştirak ediblər.
Qonaqlar azyaşlılara hədiyyələrini təqdim edib və bir neçə saat birgə vaxt keçiriblər.