Yuxarı

​"İnter" klubu qapıçı Kamran Ağayevin məsələsini araşdıracaq

Bu barədə klub prezidenti məlumat verib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun qapıçısı Kamran Ağayevin restoranda dava salması ilə bağlı xəbər klub tərəfindən araşdırılacaq. Bu barədə "Report"a Bakı klubunun prezidenti Rəşad Qasımov məlumat verib.

R.Qasımovun sözlərinə görə, bu gün komanda Azərbaycan Premyer Liqasında "Xəzər Lənkəran"la qarşılaşacağından məsələ oyundan sonra araşdırılacaq: "Komandada psixoloji gərginlik yaratmaq lazım deyil. Məsələ oyundan sonra araşdırılacaq. Kamran dünən klub bazasında olub. Yox, əgər özü qaçıbsa, burada klub neynəyə bilər?"

Qeyd edək ki, bu gün mətbuatda Kamran Ağayevin ötən gecə restoranlardan birində müştərilərin biri ilə mübahisə etdiyi və dalaşması haqda xəbərlər yer alıb. Sonradan həmin obyektin Ağayevin özünə məxsus olması müəyyənləşib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi