Bakı. 15 dekabr. REPORT.AZ/ “İnter” klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə bağlayacaq.
“Report” “Football Italia”ya istinadən xəbər verir ki, Milan təmsilçisi ilə 25 yaşlı argentinalı forvard arasında yeni sözləşmənin müddəti 2023-cü ilə qədər olacaq.
Kapitanın illik əməkhaqqı isə bonus və mükafatlar istisna olmaqla 7 milyon avro təşkil edəcək. Forvardın hazırkı müqaviləsi 2021-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2013-cü ildən “İnter”də çıxış edən İkardi ötən mövsüm 34 oyunda 29 qol vurmaqla İtaliya A seriyasının ən yaxşı oyunçusu seçilib. O, cari mövsümdə 18 matçda 12 qol vurub.