"İnter"in kapitanı: "Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik"

"İnter"in kapitanı: "Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik" Səlahət Ağayev "Atletik"lə səfər oyunundan danışıb
Futbol
29 İyul , 2015 12:21
İnterin kapitanı: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik

Bakı. 29 iyul. REPORT.AZ/ Bakının "İnter" komandasının kapitanı Səlahət Ağayev futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində İspaniya "Atletik"i ilə keçirəcəyi ilk oyun barədə danışıb. 24 yaşlı qolkiper klubun televiziyasına açıqlamasında Bilbaodakı hazırlıq prosesinin qaydasında olduğunu bildirib.

O, Avropa Liqasında II mərhələni keçdikdən sonra komandada özünəinamın yarandığını vurğulayıb: "Düzdür, çox çətin rəqiblə üz-üzə gələcəyik. Amma məncə, bizi maraqlı oyun gözləyir. Sonadək mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək. İnşallah, belə oyunun nəticəsi bizim üçün qaneedici olacaq. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik".

Qeyd edək ki, iyulun 30-da "San Mames" stadionunda keçiriləcək "Atletik" - "İnter" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi