Yuxarı

​"İnter"in futbolçusu zədə üzündən Azərbaycana qarşı oyunu buraxacaq

Davide Santon Sampdoriya ilə matçda zədə alıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Milan"ın müdafiəçisi Luka Antonelli futbol üzrə İtaliya yığma komandasında Davide Santonu əvəz edəcək.

"Report" xəbər verir ki, bu barədə "skuadra adzurra"nın saytında məlumat verilib.

Məlumata görə, "İnter"in futbolçusu İtaliya "A" Seriyasının 7-ci turunda "Sampdoriya" ilə keçirilən oyunda (1:4) zədələnərək matçı sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, İtaliya Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Antonelli cari mövsümdə "Milan"ın dörd oyununda çıxış edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi