​"İnter"in futbolçusu: "Qarşımızda "Atletik Bilbao" var idi"

​"İnter"in futbolçusu: "Qarşımızda "Atletik Bilbao" var idi" "Düşünürəm ki, biz 2:0 hesabı ilə qələbə qazana bilərdik"
Futbol
7 Avqust , 2015 03:50
​İnterin futbolçusu: Qarşımızda Atletik Bilbao var idi

Bakı. 07 Avqust. REPORT.AZ/ "İki fərqli oyun oldu. Biz orda bir, burda isə başqa fikirlə oynayırdıq. Burda taktikamızı və oyun üslubumuzu dəyişmişdik".

"Report" xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" (Bilbao) klubu ilə keçirilən cavab qarşılaşmasından sonra "İnter"in braziliyalı futbolçusu Diyeqo Martins bildirib.

O, ordakı oyuna nisbətdə burda daha yaxşı oynadıqlarını bildirib:

"Bilirsiniz ki, Atletik Bilbao böyük komandadır. Buna baxmayaraq biz yaxşı oynadıq. Şanslarımız oldu, düşünürəm ki, biz 2:0 hesabı ilə qələbə qazana bilərdik. Lakin şanslarımızı əldən verdik. Bu da tam bizimlə bağlı olan məsələ deyil. Qarşımızda Atletik Bilbao var idi".

Diyeqo bu matçın onun üçün yaxşı təcrübə olduğunu qeyd edib.

"Düşünmürəm ki, bu mənim ən yaxşı oyunum idi. Start heyətində ikinci dəfə idi ki, meydana çıxırdım. Hələ ki, istədiyim fiziki göstəricilərə çatmamışam. Mən tam formaya düşəndən sonra, əminəm ki, bundandan yaxşı oynayacağam. Mən "İnter"ə bundan da çox xeyir verəcəyəm", - deyə futbolçu bildirib. 

Son xəbərlər

Orphus sistemi