​"İnter"in baş məşqçisi: Rəhbərlik maliyyə problemlərinin tezliklə həllinə vəd verib

​"İnter"in baş məşqçisi: Rəhbərlik maliyyə problemlərinin tezliklə həllinə vəd verib "Çalışacağıq fasilədən maksimum istifadə edək"
Futbol
18 Avqust , 2015 00:03
​İnterin baş məşqçisi: Rəhbərlik maliyyə problemlərinin tezliklə həllinə vəd verib

Bakı. 18 Avqust. REPORT.AZ/ "İlk yarıda oyuna nəzarət etməyi bacardıq. Ancaq ikinci hissənin sonlarında nəzarəti itirdik".

"Report" xəbər verir ki, bu sözləri "İnter" - "Neftçi" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze bildirib.

"Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Komandada dörd zədəli futbolçu var idi, yaxşı ki, bu oyunda onların sayı artmadı. Bəzi futbolçular fiziki cəhətdən hazırlıqlı deyil. Bu səbəbdən ciddi çatışmazlıqlar var. Qısa müddətdən sonra üç həftəlik fasilə yaranacaq və çalışacağıq ki, bu fasilədən maksimum istifadə edək", - deyə o bildirib.

Baş məşqçi bir müddətdir klubda yaranan maliyyə problemlərinə də toxunub:

"Klub rəhbərliyi maliyyə problemlərinin tezliklə aradan qalxacağına vəd verib.

Son xəbərlər

Orphus sistemi