“İnter”in baş məşqçisi: "Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik"

“İnter”in baş məşqçisi: "Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik" "Cəbhədə şəhid olmuş əsgərlərə görə başsağlığı verirəm"
Futbol
28 Fevral , 2017 20:54
“İnter”in baş məşqçisi: Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransına qatılıb. 

“Report”un məlumatına görə, 60 yaşlı gürcüstanlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb, daha sonra sualları cavablandırıb.

- Əvvəlcə cəbhədə şəhid olmuş əsgərlərə görə başsağlığı verirəm. Oyundan razı qaldım, 3 xal qazandıq. Müdafiə səhvsiz oynadı, bunun sayəsində də qalib gəldik. Qarşıda daha bir çətin oyun var. "Qəbələ" ilə görüşə hazırlaşacağıq.

- Mətbuatda "İnter"də maaş probleminə dair xəbərlər yer alıb. Bunun müqabilində komandanız "Qarabağ"ı udur. Nə baş verir?

- Heç nə baş vermir. Heç bir problem yoxdur. Maaşlar martın 10-a söz verilib. Həmin tarixdə də ödəniləcək. Demişdilər ki, fevralın 28-də olacaq. Amma çatdırmadılar. İndi söz verilən tarixdə ödəniləcəyinə əminəm. Olmasa biləcəksiniz.

- "Qarabağ"a qəlib gəlmək taktiki amillə bağlıdır, yoxsa psixoloji məsələdir?

- Bunu sirr saxlayaq.

Son xəbərlər

Orphus sistemi