"İnter"in baş məşqçisi: "Lüksemburq komandası bizə yeni heç nə göstərmədi"

"İnter"in baş məşqçisi: "Lüksemburq komandası bizə yeni heç nə göstərmədi" Zaur Svanadze: "Onlar bizim gözlədiyimiz kimi oynadılar"
Futbol
12 İyul , 2017 23:31
İnterin baş məşqçisi: Lüksemburq komandası bizə yeni heç nə göstərmədi

Bakı. 12 iyul. REPORT.AZ / "Çox çətin oyun alındı. Bunu da gözləyirdik. Komandamız pis çıxış etmədi".

"Report"un məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Lüksemburqun "Fola Eş" komandasını 1:0 hesabı ilə yendikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransından sonra deyib. Gürcüstanlı mütəxəssis bildirib ki, ehtiyat heyətin zəngin olmaması komandasına əlavə problem yaradır. O, həm də yorğun görünmələrinə və rəqibin üstün tərəflərinə diqqət çəkib: "Eyni futbolçular uzun müddətdir oynayırlar. Rəqib isə əks-hücumda çox təhlükəli komandadır. “Fola” müdafiədə daha çox “oturdu”. Cinahlardan və standart vəziyyətdən təhlükəli ola bilirlər. Yaxşı ki, qələbə qazana bildik. Rəqib yeni heç nə göstərmədi. Onlar bizim gözlədiyimiz kimi oynadılar".

Svanadze səfərdə "Fola Eş"in hücuma atılarkən, "İnter"in əks-hücumdan fərqlənməyə çalışacağını bildirib. O, iki günlük istirahətdən sonra cavab görüşünə hazırlaşacaqlarını söyləyib. Baş məşqçi zəif təsir bağışlayan hücumçu PərdisFərcad-Azadı gec əvəzləməyinin səbəbini də açıqlayıb: "Pərdis yaxşı keyfiyyətlərə malik oyunçudur. Görünür, yorğun idi. Düşünürdük ki, ikinci hissədə vəziyyəti düzəldər. Serblərlə matçda yaxşı çıxış etmişdi. Bu gün yorğun görünürdü".

Qeyd edək ki, cavab görüşü iyulun 20-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi