Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı "İnter"inin futbolçusu Ağabala Ramazanov "Qarabağ"a keçib. Bu barədə "Report"a "İnter"in baş məşqçisi Zaur Svanadze açıqlama verib.
Gürcüstanlı mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin yoxluğunu komanda üçün itki adlandırsa da, boşluğu gənc futbolçularla doldurmağa çalışacaqlarını bildirib: "Onun bizə çox köməyi dəyirdi. Fikrimcə, yoxluğu oyunumuzda əksini tapacaq. Amma hər halda Ramazanovu əvəzləyə biləcək gənc futbolçularımızın olduğunu düşünürəm. Çətin olacaq, lakin istənilən halda mübarizə aparacağıq. Baxaq, görək necə olacaq".
Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"la birgə Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.