​"İnter" İspaniyanın "Atletik" klubu ilə heç-heçə edərək Avroliqada çıxışını dayandırıb - FOTO

​"İnter" İspaniyanın "Atletik" klubu ilə heç-heçə edərək Avroliqada çıxışını dayandırıb - FOTO Görüşdə qapılara qol vurulmayıb
Futbol
6 Avqust , 2015 23:17
​İnter İspaniyanın Atletik klubu ilə heç-heçə edərək Avroliqada çıxışını dayandırıb - FOTO

Bakı. 06 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Bakının "İnter" klubu doğma divarlar arasında İspaniyanın məşhur "Atletik" (Bilbao) kollektivi ilə qarşılaşıb.

Səfərdə güclü rəqibinə 0:2 hesabı ilə məğlub olan Bakı klubu öz meydanında 0:0-lıq nəticə göstərərək Azərbaycana reytinq xalı qazandırıb və Avroliqaya vida edib.

Avropa Liqası. III təsnifat mərhələsi. Cavab qarşılaşması

"İnter" (Azərbaycan, Bakı) - "Atletik" (İspaniya, Bilbao) - 0:0

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi