“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb

“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb Bakı klubunun Avropa Liqasının II təsnifat mərhələsində ilk matçı israilli hakimlərə tapşırılıb
Futbol
10 İyul , 2017 09:21
“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bakının “İnter” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Eş” ilə ilk oyununu idarə edəcək hakimlər açıqlanıb.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 12-də “Dalğa Arena”da baş tutacaq görüş israilli ədalət təmsilçilərinə həvalə olunub.

Matçın referisi Eytan Şmuleviçdir. Ona Nisan Davidi və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Bar-Natan yerinə yetirəcək.

Qeyd edək ki, “İnter” - “Fola Eş” qarşılaşması saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi