Yuxarı

"İnter" fanatların irqçiliyinə görə cəzalandırılıb

​"İnter" fanatların irqçiliyinə görə cəzalandırılıb

İtaliyanın "İnter" klubu A Seriyasının 28-ci turunda "Milan"a qarşı keçirilən oyun zamanı (3:2) azarkeşlərinin davarınışına görə cəzalandırılıb.

"Report" xəbər verir ki, "neradzurri"nin fanatları derbi zamanı 7 və 39-cu dəqiqələrdə olmaqla iki dəfə "rossonyeri"lərin Fil dişi Sahilindən olan yarımmüdafiəçisi Frank Kessyenin ünvanına irqçi şüarlar səsləndiriblər.

"Football Italia"nın məlumatına görə, "İnter" şərti olaraq bir tamaşaçısız oyunla cəzalandırılıb. Fanatlar bu cür hərəkətləri davam etdirəcəkləri təqdirdə, cəza icra olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi