"İnter" rəsmisi komandanın baş məşqçi ilə bağlı yayılan iddialara münasibət bildirib

"İnter" rəsmisi komandanın baş məşqçi ilə bağlı yayılan iddialara münasibət bildirib Bakı. 5 fevral. REPORT.AZ/ İtaliyanın İnter klubunun baş direktoru Cüzeppe Marotta komandanın baş məşqçisi Luçano Spallettinin durumu barədə danışıb.
Futbol
5 Fevral , 2019 19:51
İnter rəsmisi komandanın baş məşqçi ilə bağlı yayılan iddialara münasibət bildirib

Bakı. 5 fevral. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun baş direktoru Cüzeppe Marotta komandanın baş məşqçisi Luçano Spallettinin durumu barədə danışıb.

"Report" "Mediaset"ə istinadən xəbər verir ki, o, 60 yaşlı italiyalı mütəxəssisin Milan təmsilçisində qalacağını söyləyib. 

Marotta hazırda Spallettinin yerinin qorunduğunu vurğulayıb: "Onun yeri təhlükə altında deyil. 22 il ərzində İtaliya A Seriyasında "Yuventus", "Atalanta" və "Sampdoriya" komandalarında çalışdım. Heç vaxt baş məşqçini çıxarmaq barədə düşünmədim. Bunu etməyə məcbur edəcək xüsusi şərtlər lazımdır. İndi də belə hal yoxdur. Spalletti vəzifəsini davam etdirəcək".

Qeyd edək ki, Luçano Spalletti 2017-ci ilin iyunundan "İnter"ə rəhbərlik edir. Daha öncə Antonio Kontenin Milan təmsilçisinin baş məşqçisi olacağı yazılıb. 

Son xəbərlər

Orphus sistemi