​"İnter" Azərbaycan çempionatının ikinci pilləsinə yüksəlib

​"İnter" Azərbaycan çempionatının ikinci pilləsinə yüksəlib "Bankirlər" Premyer Liqanın XVII turunda "Rəvan"ı məğlub ediblər
Futbol
15 Dekabr , 2015 23:40
​İnter Azərbaycan çempionatının ikinci pilləsinə yüksəlib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə oyununda "Rəvan" və "İnter" komandaları qarşılaşıb.

"Bayıl Arena"da keçirilən matçı Rauf Cabbarov idarə edib. Komandalar bugünədək 9 dəfə üz-üzə gəlib və bütün görüşlərdə qələbəyə "bankirlər" seviniblər. Ardıcıl 3 oyun qələbəyə həsrət qalan "İnter" 2 qələbə və 3 heç-heçədən ibarət 5 oyunluq məğlubiyyətsizlik seriyasına malik "Rəvan"ı bu dəfə də yenməyi bacarıb. Hər iki qol ikinci hissədə standart vəziyyətlərdən vurulub. Əvvəlcə gürcü legioner Zurab Xizanişvili fərqlənib. Son dəqiqələrdə isə Limam Seydi topu tora göndərərək, Premyer Liqada ilk qolu vurub.

Bu nəticədən sonra "İnter" 27 xalla 2-ci pilləyə yüksəlib. 11 xala malik "Rəvan" isə sonuncu pillədə qalıb.

Premyer Liqa. 17-ci tur 

"Rəvan" – "İnter" - 0:2

Qol: Zurab Xizanişvili, 51. Limam Seydi, 86

Bakı. "Bayıl Arena"

Qeyd edək ki, turun digər oyunları 16-17 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi