Yuxarı

"İnter Arena" stadionunun adı dəyişdirilib

"İnter Arena" stadionunun adı dəyişdirilib

Bakı. 20 iyul. REPORT.AZ/ "Keşlə" klubunun ev oyunlarını keçirdiyi "İnter Arena"nın adı dəyişdirilib. 

Klubun Mətbuat xidmətindən "Report" verilən məlumata görə, stadiona "ASK Arena" ("Azərbaycan Sənaye Korporasiyası") adı verilib.  

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi