Yuxarı

​"İnter" Almaniya klubuna rəqib olub

Məşqlər yanvarın 3-dən etibarən start götürəcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Bakının "İnter" komandası qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 3-dən etibarən məşqlər start götürəcək.

Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Paytaxt klubu yanvarın 8-də "İnegölspor" (Türkiyə), 13-də "Enerqi Kottbus" (Almaniya), 14-də "Kayrat" (Qazaxıstan), 17-də "Kasımpaşa"(Türkiyə), 20-də isə "Metallist" (Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Sonuncu rəqib hələ ki, məlum deyil.

Qeyd edək ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi