Yuxarı

"İnter" son 55 ildə ilk dəfə avrokuboklarda ardıcıl 4 dəfə məğlub olub

Komanda sonuncu dəfə 1961-ci ildə belə vəziyyətə düşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin II turunda Çexiyanın "Sparta" klubuna məğlubiyyət (1:3) Milanın "İnter" (İtaliya) klubu üçün "əlamətdar" olub.

"Report" xəbər verir ki, "neradzurra"nın bu məğlubiyyəti komanda üçün avrokuboklarda ardıcıl dördüncü olub ki, İtaliya təmsilçisi sonuncu dəfə belə vəziyyətə 1961-ci ildə düşüb.

Beynəlxalq arenada cari məğlubiyyət seriyası 2015-ci ilin mart ayında başlayıb. Həmin vaxt "İnter" Avropa Liqasının ¼ finalında iki dəfə "Volfsburq"a (Almaniya) uduzub (1:3, 1:2).

Frank de Burun komandasını daha bir məğlubiyyətə isə sentyabrın 15-də "San Siro"da "İnter"ə sensasiyalı şəkildə qalib glən İsrailin "Hapoel" (Beer-Şeva) klubu uğradıb (0:2).

Xatırladaq ki, "İnter" 2010-cu ildə Çempionlar Liqasının qalibi olub və o zamandan bəri beynəlxalq arenalarda uğurlu nəticə göstərə bilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi