"Mançester Yunayted" klubunun kapitanı dəyişib

"Mançester Yunayted" klubunun kapitanı dəyişib İngiltərənin Mançester Yunayted klubunun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 23-cü turunda qarşılaşacaqları Liverpulla oyunöncəsi keçirilən mətbuat konfransında komandanın yeni kapitanının adını açıqlayıb.
Futbol
17 Yanvar , 2020 14:33
Mançester Yunayted klubunun kapitanı dəyişib

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 23-cü turunda qarşılaşacaqları "Liverpul"la oyunöncəsi keçirilən mətbuat konfransında komandanın yeni kapitanının adını açıqlayıb.

"Report"un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis kapitanlıq sarğısının artıq komandanın müdafiəçisi Harri Maquayra həvalə olunduğunu bildirib.

Daha öncə kapitanlıq sarğısı komandanın digər müdafiəçisi Eşli Yanqa məxsus idi. Lakin artıq onun İtaliya "İnter"inə keçidi gözlənildiyi üçün kapitanlıq statusu Yanqın əlindən alınıb.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" oyunu yanvarın 19-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi