İngiltərənin “Lester” klubu 7-ci divizionda çıxış edən futbolçu transfer edib

İngiltərənin “Lester” klubu 7-ci divizionda çıxış edən futbolçu transfer edib “Tülkülər” Coş Qordonla il yarımlıq müqavilə bağlayıb
Futbol
11 Aprel , 2017 15:54
İngiltərənin “Lester” klubu 7-ci divizionda çıxış edən futbolçu transfer edib

Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının son qalibi “Lester” klubu 7-ci divizionda çıxış edən “Stafford Reyncer” komandasının futbolçusu Coş Qordonu heyətinə qatıb.

“Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, “tülkülər” 22 yaşlı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb.

C.Qordon cari mövsümdə Şimal Premeyer Liqası adlanan 7-ci divizionda 18 oyuna 11 qol vurub.

Qeyd edək ki, futbolçu özü də şəxsi “twitter” hesabı vasitəsilə “Lester”ə transfer olunduğunu təsdiqləyib.  

Son xəbərlər

Orphus sistemi