Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının son qalibi “Lester” klubu 7-ci divizionda çıxış edən “Stafford Reyncer” komandasının futbolçusu Coş Qordonu heyətinə qatıb.
“Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, “tülkülər” 22 yaşlı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb.
C.Qordon cari mövsümdə Şimal Premeyer Liqası adlanan 7-ci divizionda 18 oyuna 11 qol vurub.
Qeyd edək ki, futbolçu özü də şəxsi “twitter” hesabı vasitəsilə “Lester”ə transfer olunduğunu təsdiqləyib.