Yuxarı

İngiltərənin Futbol Assosiasiyası kubok formatına dəyişikliklər edib

İngiltərənin Futbol Assosiasiyası kubok formatına dəyişikliklər edib
Klublara 1/4 final matçlarında dördüncü əvəzetməyə icazə veriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ İngiltərə futbolunun final matçında kubok formatına dəyişikliklər edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, kubok uğrunda 1/4 final matçlarından başlayaraq ilk sınaq keçiriləcək. Belə ki, yarışmada iştirak edən klublara əlavə əvəzetməyə icazə veriləcək.

Bu, İngiltərə kuboku çərçivəsində 1/4 final matçlarından başlayaraq sınaq kimi tətbiq ediləcək. Belə ki, əgər matç əlavə vaxta qədər uzansa, klublara dördüncü əvəzetmə hüququ veriləcək.

Qeyd edək ki, İngiltərə kuboku 1871-ci ildən oynanılır. Bu müddət ərzində Futbol Assosiasiyası yarışın formatında yeniliklər və dəyişikliklər edilməsinə qətiyyən razılaşmırdı.

Ölkə kubokunun 1/4 final matçları martın 11-dən 13-dək keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi