İngiltərə millisinin dünya çempionu olan sabiq qapıçısı vəfat edib

İngiltərə millisinin dünya çempionu olan sabiq qapıçısı vəfat edib Bakı. 12 fevral. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq qapıçısı Qordon Benks vəfat edib.
Futbol
12 Fevral , 2019 14:53
İngiltərə millisinin dünya çempionu olan sabiq qapıçısı vəfat edib

Bakı. 12 fevral. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq qapıçısı Qordon Benks vəfat edib.

"Report" "Stok Siti" klubunun rəsmi saytına istinadən xəbər verir ki, sabiq qolkiper 81 yaşında dünyasını dəyişib.

Yığmanın heyətində 73 oyun keçirən Benks 1966-cı il dünya çempionatında İngiltərə millisinin heyətində qızıl medal qazanıb. 1968-ci il Avropa çempionatında isə o, bürünc medala sahib olub. İngiltərəli oyunçu FIFA tərəfindən 6 dəfə ilin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. 

Son xəbərlər

Orphus sistemi