İngiltərənin "Bləkbörn" klubunun baş məşqçisi istefaya göndərilib

İngiltərənin "Bləkbörn" klubunun baş məşqçisi istefaya göndərilib Ouen Koyl ilə müqavilə qarşılıqlı şərtlərlə ləğv edilib
Futbol
21 Fevral , 2017 22:51
İngiltərənin Bləkbörn klubunun baş məşqçisi istefaya göndərilib

Bakı. 21 fevral. REPORT.AZ/ İngiltərənin "Bləkbörn Rovers" futbol klubunun baş məşqçisi Ouen Koyl öz postunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı məlum olub.

Klubun mətbuat xidməti 50 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı şərtlər əsasında pozulduğunu bildirib. Koylun istefaya göndərilməsinə komandanın İngiltərə Kubokunun 1/8 finalında 1:2 hesabı ilə "Mançester Yunayted"ə məğlub olaraq turniri tərk etməsi səbəb olub.

Komanda ölkə çempionatında 29 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi