Yuxarı

İngiltərədə son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası müəyyənləşib

İngiltərədə son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası müəyyənləşib
Bu müddətdə yalnız bir mütəxəssisin xidmətindən yararlanan yeganə komanda Arsenaldır

Bakı. 13 noyabr. REPORT.AZ/ İngiltərədə son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası müəyyənləşib.

“Report” BBC-yə istinadən xəbər verir ki, siyahıya hazırda səviyyəcə 4-cü liqada çıxış edən “Notts Kaunti” başçılıq edir.

Nottingem təmsilçisi bu müddətdə 23 baş məşqçinin xidmətindən yararlanıb. İkinci sırada Premyer Liqada mübarizə aparan “Kristal Pelas”dır – 21 mütəxəssis. “Üçlüy”ü qapayan və hazırda 3-cü liqada yer alan “Portsmut”a isə 19 nəfər rəhbərlik edib.

Qeyd edək ki, İngiltərədə son 20 ildə əsas komandanın baş məşqçisini dəyişməyən yeganə klub “Arsenal”dır. Fransalı Arsen Venger 1996-cı ildən London təmsilçisinin sükanı arxasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi