Yuxarı
    Bağlamaq

    İngiltərədə simulyasiya edən futbolçular cəzalanacaqlar

    Qurum rəhbəri bu addımı dəstəkləyib

    Bakı. 17 yanvar. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası oyun zamanı simulyasiyaya yol verən futbolçuları cəzalandıra bilər. 

    "Report"un məlumatına görə, qurumun rəhbəri Qreq Klark bu təşəbbüsü dəstəkləyib.

    Matç zamanı hakimi aldatmaq üçün edilən hərəkət qarşılığında futbolçunun iki oyunluq cəzalandırılması nəzərdə tutulur. Tezliklə assosiasiya rəsmiləri bu qaydanın tətbiq olunduğu Şotlandiyaya yollanacaqlar.

    Qeyd edək ki, Şotlandiyada mübahisəli epizodlar oyundan sonra xüsusi komissiya tərəfindən müzakirə edilir və qərar qəbul olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi