İngiltərədə oyun zamanı valideynlər dalaşıb: 1 yaralı

İngiltərədə oyun zamanı valideynlər dalaşıb: 1 yaralı Hadisə hakimin 5 dəqiqəyə 3 penalti təyin etməsi və 2 oyunçunu qovması səbəbindən baş verib
Futbol
25 Mart , 2016 16:53
İngiltərədə oyun zamanı valideynlər dalaşıb: 1 yaralı

Bakı. 25 mart. REPORT.AZ/ İngiltərənin Uest-Midlends regionundakı Heylsoven rayonunda uşaqlar arasında keçirilən futbol matçı meydanda valideynlərin davası ilə yekunlaşıb. "Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, insident şəhər parkında baş verib.

Tamaşaçıların narazılığına hakimin 5 dəqiqəyə 3 penalti təyin etməsi və 2 oyunçunu qovması səbəb olub. Bundan sonra referi komandalardan birinin qəzəbli tərəfdarlarının hücumuna məruz qalıb. Münaqişəyə digər komandadakı oyunçuların valideynləri də qoşulub. 14 yaşadək futbolçular isə baş verənlərə dəhşətlə tamaşa ediblər.

Dava başlayarkən, hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanı əməkdaşları 52 yaşlı valideyni saxlayıb. 49 yaşlı kişi isə itgəzdirən zəncirlə boynundan zərbə alıb. Onun boynuna tikiş atılıb.

Son xəbərlər

Orphus sistemi